Bloger "Temu"nu ifşa etdi | VİDEO

Bloger "Temu"nu ifşa etdi |    VİDEO
  11 İyul 2025    Oxunub:2340
Tanınmış texnobloger və aparıcı Valid Fərmanoğlu (TEXNOBRO) "TikTok" hesabında yayımladığı videoda populyar onlayn alış-veriş platforması "Temu" ilə bağlı şəxsi təcrübəsini və narazılıqlarını bölüşüb.
O, Temu-dan gələn məhsulların fotolarda göstərildiyi kimi olmadığını, şəkillərin manipulyasiya edildiyini, məhsulların real ölçü və görünüşlə uyğun gəlmədiyini vurğulayıb.

Belə ki, Valid Temu platformasından ağıllı domofon sifariş edib. Ancaq məhsul gələndə nə şəkildəki görünüşə, nə də vəd edilən texniki keyfiyyətə uyğun olub:
• Daha böyük və yüksək texnologiyalı görünən domofon, realda daha kiçik və yüngül;
• Kamera keyfiyyəti zəif;
• Cihaza qoşulmaq isə çətin olub və istifadə üçün əlavə bulud servisinə ödəniş etməli olduğu ortaya çıxıb;
Bu texniki tələblər və çatışmazlıqlar məhsulun təsvirində və istifadəçi rəylərində ümumiyyətlə qeyd olunmayıb.

Validin sözlərinə görə, "Temu"da yerləşdirilən istifadəçi rəyləri də real alıcı təcrübəsini əks etdirmirdi.

Eyni zamanda, platforma “müvəqqəti endirim”, “bəxtli seçim”, “500 manatlıq məhsul 10 manata” kimi kampaniyalarla alıcıların psixologiyasına təsir edir, tələsik və düşünülməmiş sifarişlərə səbəb olur.
Sonda Valid izləyicilərini "Temu"dan bəyəndiyi məhsulu almaq üçün tələsməməyə, daha diqqətli olmağa və digər platformalara da baxmağa səsləyib.
@valid_fermanoqlu

Temuda başa düşdüyüm bunlardır: > > > 1. Fotoları əksər temu satıcıları elə çəkir ki məhsulu realdaki kimi yox, dah böyük görsənsin. Fotoshopla məhsulu daha böyük edirlər. Keçmiyəsən də bu çinlilərin öz aləmində olan marketinqindən. 2. Alıcı rəylərinə güvənmək olmur. İstənilən məhsulda real alıcı şəkilləri ya yoxdur ya azdır, olan rəylərin 99 faizi tərifləyir 3. Endirimlər, bəxtli seçim, müvəqqəti discount, 500 m hədiyyə, 1000 manatlıq mal 10 manata. Təəssüf ki insan psixologiyası belədir ki şirin yalanlara dərhal inanmağa meyillidir. Durub soyuq başla düşünmək? Yo, ödəniş edim sonra fikirləşim, yoxsa gecikərəm.

♬ оригинальный звук - Valid Fərmanoğlu | TEXNOBRO

AzVision.az


Teqlər: Temu   ifşa  



Xəbər lenti